Dr. Dre ləqəbəi ilə tanınan repçi Andre Romell Yanq xəstəxanaya yerləşdirilib.
Axşam.az xarici KİV-nə istinadən bildirir ki, repçinin beyninə qan sızıb. Hazırda reanimasiyada olan musiqiçinin müalicəsi davam edir.
Dr.Dre hazırda həyat yoldaşı Nikol Sritlə boşanmaq üzrədir. Srit repçidən hər ay 2 milyon dollar təzminat tələb edir. Musiqiçi isə onun bütün xərclərini ödədiyini bildirib. Boşanmaq üzrə olan cütlük 24 ildir evli idi. Onların bu evlilikdən iki övladı dünyaya gəlib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.