banner
banner

İdman

Məşhur baş məşqçi Çin klubu ilə müqavilə imzalayıb

Məşhur baş məşqçi Çin klubu ilə müqavilə imzalayıb

Xorvatiya millisinin və Türkiyənin "Beşiktaş" klubunun sabiq baş məşqçisi Slaven Biliçin yeni iş yeri müəyyənləşib.

"Report"un məlumatına görə, 53 yaşlı mütəxəssis karyerasını Çində davam etdirəcək.

Xorvatiyalı baş məşqçi "Beytszin Qoan" klubu ilə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, Slaven Biliç son olaraq İngiltərənin "Vest Bromviç" klubuna rəhbərlik edib. O, dekabrın 26-da uğursuz nəticələrə görə istefaya göndərilib.

Biliç daha əvvəl İngiltərədə "Vest Hem" və Rusiyada "Lokomotiv" (Moskva) komandalarının da baş məşqçisi olub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.