banner
banner

Dünya

Aleksey Navalnı Rusiyaya qayıdır

Aleksey Navalnı Rusiyaya qayıdır

Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı Rusiyaya qayıdır.

APA-nın xəbərinə görə, bu barədə A. Navalnı “Twitter”də bildirib.

“Mənim qarşımda qayıtmaq və ya qayıtmamaq məsələsi heç vaxt olmayıb. Çünki mən heç vaxt getməmişəm. Mən Almaniyaya reanimasiya qutusunda gəlmişəm. Yanvarın 17-də “Qələbə” reysi ilə evə geri dönəcəyəm. Görüşərik!”, - deyə o qeyd edib.

Xatırladaq ki, A. Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb. Almaniya A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə "Noviçok" qrupuna aid olan sinir iflicedici maddənin izlərinin tapıldığını bəyan edib. O, Almaniyada müalicə olunurdu.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.