banner
banner

Hərbİ

Anar Eyvazov: “Tanınmış şəxslər Müdafiə Nazirliyi və digər müvafiq qurumlardan icazə almaqla hərbi formadan istifadə edə bilərlər”

Anar Eyvazov: “Tanınmış şəxslər Müdafiə Nazirliyi və digər müvafiq qurumlardan icazə almaqla hərbi formadan istifadə edə bilərlər”

“Aktyorlar, müğənnilər və digər tanınmış şəxslər yalnız Müdafiə Nazirliyi və digər müvafiq qurumlardan icazə almaqla hərbi formadan istifadə edə bilərlər”.

Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov deyib. O bildirib ki, səfərbərlik üzrə orduya çağırılmış və tərxis olmuş şəxslər mövcud qaydalara əməl etməlidirlər.

Onun sözlərinə görə, hərbi formadan istifadə hüququ olmayan şəxslər yalnız müvafiq qurumların icazəsi əsasında hansısa videoçarx, film və digər tədbirlər üçün istifadə edə bilərlər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.