TƏBİB: Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı azalır
"Bu gün ölkədə aktiv xəstə sayı azalır. Bu günə qədər ölkədə rəsmi qeydiyyata düşənlərin sayı 226 549 nəfər olub".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, 14-20 dekabrda 26 214 yeni yoluxma olub: “Ötən həftə ərzində isə 4386 yeni yoluxma olub. Sağalanların sayına gəldikdə dekabrın ortasında 27 861 nəfər sağalırdısa, indi bu rəqəm 13 838-dir. Rəqəm az olsa da yeni yoluxanlarla 3-4 dəfə fərq var. Yoluxma əmsalı 5 %-ə qədər azalıb. Bu da çox önəmlidir”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.