banner
banner

İdman

"Kramarenkonun Azərbaycan millisində işləməsi problem olmayacaq" - Qazzayev

"Kramarenkonun Azərbaycan millisində işləməsi problem olmayacaq" - Qazzayev

Rusiya MOİK-inin sabiq baş məşqçisi Valeri Qazzayev Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun Moskva klubuna keçidi barədə danışıb.

Qol.az xəbər verir ki, 67 yaşlı mütəxəssis Matç TV-yə açıqlamasında sözügedən təyinatı yüksək qiymətləndirib:

"Dmitri Kramarenkonu əla qapıçı kimi çox yaxşı tanıyıram. Onun atası Sergey Kramarenko da dahi qapıçı olub. "Neftçi"nin heyətində SSRİ çempionatının bürünc medallarını qazanıb. Həmin vaxt Bakıda mükəmməl komanda var idi.

Dmitri İqor Akinfeyevlə yaxşı tanışdır. Hesab edirəm ki, onları uğurlu birgə fəaliyyət gözləyir. Aralarında əlaqənin olması vacibdir. Düşünürəm ki, bu birlik MOİK-in xeyrinə işləyəcək. Qonçarenko ilə işləyə biləcəkmi? Kramarenkonu kluba dəvət ediblərsə, şübhəsiz ki, burada baş məşqçinin də rəyi olub. Axı, o da komandaya yaxşı mütəxəssisin gəlişində maraqlıdır".

47 yaşlı məşqçinin eyni zamanda həm Azərbaycan millisi, həm də MOİK-də işləməsinin mümkünlüyü ilə bağlı suala belə cavab verib:

"Necə qərar verəcəklər, elə də olacaq. Amma fikrimcə, məsələn, Kramarenko 1 həftəlik millinin düşərgəsinə yollansa, bu, problem olmayacaq. Həmin vaxt MOİK-in futbolçuları da öz yığmalarında olacaqlar. Məncə, həlledilməz problem olmayacaq".

Qeyd edək ki, Dmitri Kramarenko MOİK-lə bu ilin mayınadək müqavilə imzalayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.