"Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi müzakirəyə çıxarılır
“Daxili qoşunlar haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" qanun layihələri parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq”.
Bu barədə “Report”a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
O bildirib ki, həmin qanun layihələri komitənin işlər planına da daxil edilib.
Qeyd edək ki, “Daxili qoşunlar haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" qanun layihələri Milli Məclisin 2020-ci il yaz və payız sessiyasının işlər planına daxil edilsə də müzakirəyə çıxarılmamışdı.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.