Türkiyədə yayımlanan "Ramo" serialında aktyor ayrılığı yaşanıb.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, bu dəfə layihəni aktrisa Pelin Körmükçü tərk edib. Onun ekran işi ilə yollarını ayırması ssenari əsasında reallaşıb.
Pelin Körmükçüdən qısa müddət əvvəl isə aktyorlar Yiğit Özşener və Olgun Şimşek "Ramo"dan gediblər.
Qeyd edək ki, rejissoru Çağatay Tosun olan ekran əsərinin baş rollarında Murat Yıldırım və Esra Bilgiç kimi aktyorlar çəkiliblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.