banner
banner

Sosİal

Xınalıq yolu buz bağladı

Xınalıq yolu buz bağladı

Bakı - Quba yolunda avtomobillərin hərəkəti çətinləşib.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədində yolun Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisindən keçən hissələrində gecə saatlarından qar yağıb və hal-hazırda yağıntı zəifdir: "Səhər saatlarından yolda qar təmizlənmiş, duz və qum səpilmişdir. Siyəzən-Şabran rayonları keçən ərazidə 1-2 dərəcə şaxta, Quba rayonu keçən ərazidə 3-4 dərəcə şaxta var. Nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində növbətçi dəstələr tərəfindən müvafiq işlər həyata keçirilib və hal-hazırda da keçirilməsi davam etdirilir. Xınalıq istiqamətində avtomobil yolunun Qırızdəhnə kəndinə kimi olan ərazidə 8-11 sm qar müşahidə olunur. Xınalıq istiqamətində 11 dərəcə şaxta var və bu səbəbdən bu yolun hissələrində güclü buzlaşma müşahidə olunur. Yolda qar təmizlənir, duz-qum qarışığı səpilir. Hal-hazırda zəyif qar yağır. Nəqliyyatın hərəkəti təmin olunub və hal-hazırda bu istiqamətdə işlər davam etdirilir".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.