Türkiyənin reytinqli layihələrindən olan "Sen çal kapımı" serialının finala çıxması ilə bağlı xəbərlər yayılıb.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, ekran işində Eda və Serkanın evlilik yolunda ilk addım atması layihənin izləyicilərini məyus edib. Onlar serialın artıq bitəcəyini düşünüblər.
Ssenarinin yavaş-yavaş xoşbəxt sonluğa yaxınlaşması "Sen çal kapımı"nın final edəcəyini göstərir. Ekran işi yeni serialların başlaması ilə yanvarın sonunda bitəcək.
Qeyd edək ki, layihənin baş rollarında Hande Erçel və Kerem Bürsin çəkiliblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.