banner
banner

Dünya

Türk kəşfiyyatı aşkarladı, "Bayraktar" vurdu : PKK terror təşkilatının "lideri" və 5 mühafizəçisi kül oldu

Türk kəşfiyyatı aşkarladı, "Bayraktar" vurdu :

PKK terror təşkilatının Hakurk "lideri" "Serhat Tendürek" kod adlı Dəniz Dəmir Türkiyə kəşfiyyatı və Silahlı Qüvvələrinin birgə əməliyyatı nəticəsində İraqın şimalında məhv edilib. 

Avropa.info xəbər verir ki, özünü gizlətmək üçün mülki geyim geyinən terrorçunun avtomobilinin PUA-larla vurulduğu ortaya çıxıb.

Həyata keçirilən əməliyyat nəticəsində terrorçubaşı Dəniz Dəmirlə birgə 5 mühafizəçisi də məhv edilib.

Bu arada Türkiyə mətbuatı məhv edilən terrorçu Dəniz Dəmirin, hazırda həbsdə olan HDP lideri Səlahəddin Demirtaşın böyük qardaşı Nürəddin Demirtaşla birgə çəkilmiş fotolarını yayıb. Nürəddin Demirtaş da uzun illərdir terror təşkilatı PKK-nın sıralarındadır. 

"Bayraktar TB2" PUA-larından qaça bilməyən PKK terrorçusu Dəniz Dəmirin daha bir fotosu isə Qəndildə keçirilən toplantıdan yayılıb. Türk mətbuatının yaydığı fotoda Dəniz Dəmirin terror təşkilatına faktiki rəhbərlik edən Duran Kalkan və "Şahin Çilo" kod adlı Ferhat Abdi Şahinlə yanaşı oturduğu görünür. 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.