banner
banner

Gündəm

47 şəxsin ölkədən çıxmasına- QADAĞA

47 şəxsin ölkədən çıxmasına-

Vergilər Nazirliyi 2015-ci ilin birinci rübündə vergi borclarının alınması istiqamətində görülmüş tədbirlər haqqında məlumat yayıb.
Cia.az-ın məlumatına görə, bu ilin 1-ci rübü ərzində ümumilikdə 56 min 948 vergi ödəyicisinin borcları tamamilə ləğv edilib. 1 aprel 2015-ci il tarixə vergi ödəyicilərinin ümumi sayında borclu vergi ödəyicilərinin xüsusi çəkisi 6,1 faiz təşkil edib.

Dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 15 min 668 əmlakın siyahıya alınması barədə qərar açılıb. Bu qərarların 62,9 faizi borclar ləğv edildiyi üçün bağlanılıb, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 150,5 min manat borc məbləğini əhatə edən 236 məhkəmə qətnaməsi qəbul olunub. Əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 7,8 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 500 min manat borc dövlət büdcəsinə ödətdirilib. 41 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərlərinə həbs qoyulmaqla cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilib.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 53 fiziki şəxs üzrə 67,8 min manat məbləğində borc ləğv edilib.
Vergi orqanlarının müraciəti əsasında məhkəmələr tərəfindən 47 vergi ödəyicisinin ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb, onlardan 3 nəfəri borclarını ödədikləri üçün bu məhdudiyyət götürülüb.

Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 285 vergi ödəyicisi üzrə 20,2 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.