banner
banner

Dünya

Navalnı üçün Rusiyada etirazlar başladı

Navalnı üçün Rusiyada etirazlar başladı

Rusiyada Aleksey Navalnının azad edilməsi tələbi ilə etiraz aksiyalarına start verilib.

Axar.az xəbər verir ki, aksiyalar Xabarovsk vilayətində başlayıb. Aksiya iştirakçıları “Lənət olsun çar!” şüarları səsləndiriblər. Xabarovskda etirazlara 1000 nəfərin qatıldığı bildirilib.

Etiraz aksiyalarında artıq həbslərin olduğu vurğulanıb. Belə ki, OMON etirazçılara qarşı güc tətbiq edib. Hələlik OMON-un saxladığı şəxslərin 10-a çatdığı bildirilib.

Xabarovskla bərabər mitinqlər Komsomolk-na-Amurda, Çitada, Maqadanda, Yakustkda, İrkutskda, Novosibirskdə, Cənubi Saxalinskdə və Vladivostokda da baş tutub. Cənubi Saxalinsk və Vladivostokda kütləvi həbslər yaşanıb. Bu şəhərlərdə etirazlara 3 min nəfər qatılıb. Onlarla OMON-çular arasında qarşıdurma yaranıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.