banner
banner

Sosİal

Ailələrə 29 nəfər qaytarılıb

Ailələrə 29 nəfər qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki sosial xidmət müəssisələrində bu il aprelin 1-dək ümumilikdə 1030 nəfər tam dövlət təminatında yaşayır.
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Cia.az-a bildirilib ki, onlardan 312 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır və ƏƏSMN-nin Şaqan 3 saylı və Saray 7 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, digərləri 18 yaşından yuxarı şəxslər olmaqla nazirliyin psixonevroloji internat evlərində yerləşdiriliblər. Bu müəssisələrdə yaşayan insanlar hərtərəfli qayğı, daimi yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Son illərdə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun şərait yaradılıb. Habelə ƏƏSMN-nin Bilgəh, Buzovna və digər yerlərdəki sosial xidmət müəssisələrində sakinlərin yaşayışı, lazımi xidmətlərlə təmin olunması üçün normal şəraitin yaradılması təmin olunub. Digər belə müəssisələrdə də bu istiqamətdə müvafiq işlər aparılıb və hazırda davam etdirilir.

Eyni zamanda, sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qaytarılması istiqamətində də işlər uğurla davam etdirilir. Son üç ayda ƏƏSMN-nin sosial xidmət müəssisələrindən ümumilikdə 29 nəfərin ailələrinə qayıtmaları təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 nəfər (2,6 dəfə) çoxdur.

Bu ilin birinci rübündə ƏƏSMN tərəfindən tabeliyindəki internat evlərinin fəaliyyətinin mütərəqqi beynəlxalq standartlara uyğun qurulması, bu internat evlərində göstərilən sosial xidmətlərin və reabilitasiya yönümlü işlərin genişləndirilməsi üçün onların nizamnamələri təkmilləşdirilib. Habelə yeni nizamnamələrdə sözügedən internat evlərinin rəsmi adlarında da beynəlxalq yanaşmalara uyğun dəyişiklik aparılıb. Belə ki, Şaqan 3 saylı və Saray 7 saylı internat evlərinin “Ağıldankəm uşaqlar üçün internat evi” adı “Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evi” adı ilə, 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan internat evlərinin “Ruhi-əsəb əlilləri üçün internat evi” adı “Psixonevroloji internat evi” adı ilə əvəzlənib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.