Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsait açıqlanıb
Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, cari il fevralın 1-dək fonda 212.156.968,42 AZN, 11.176.390,65 ABŞ dolları, 183.484,92 avro, 593.924,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.
Qeyd edək ki, Azərbaycan Ordusuna Yardım Fondu Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1204 nömrəli Fərmanı ilə yaradılıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.