banner
banner

Gündəm

“Azərişıq” bəzi hotellərin - işığını kəsib

“Azərişıq” bəzi hotellərin -

“Bu hotellərdə elektrik avadanlıqlarına baxış keçirilərkən texniki istismar qaydalarının tələblərinə cavab verməyən qüsurlar aşkarlanıb” 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) I Avropa Oyunlarının keçiriləcəyi obyektlərdə, həmçinin hotellər, restoranlar, bulvar və parkların, hətta küçələrin elektrik enerjisi ilə təchizatı üzrə monitorinq aparır.

Qurumun mətbuat xidmətindən Cia-ya daxil olan açıqlamada bildirilir ki, bəzi hotellərdə də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim edilən  siyahı əsasında elektrik enerjisinin təftişi aparılıb.

Qurum qeyd edir ki, hazırda I Avropa Oyunları zamanı ölkəmizə gələcək qonaqlara xidmət edəcək obyektlərin daxili elektrik təchizatı sisteminin beynəlxalq standartlara cavab verməsinin monitorinqi aparilir.

Monitorinqin nəticəsində obyektlərə verilən tələblər icra olunmadığı üçün bəzi hotellərə elektrik enerjisinin verilişi dayandırılıb. Bu hotellərdə elektrik avadanlıqlarına baxış keçirilərkən texniki istismar qaydalarının tələblərinə cavab verməyən qüsurlar aşkarlanıb. Bununla bağlı aktlar tərtib edilərək “Elektrik enerjisindən istifadə qaydaları”na əməl etməyən hotellərin administrasiyasına tədqim olunub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.