Bir müddət əvvəl aktrisa Hande Erçellə həmkarı Kerem Bürsin arasında gərginlik yaşandığı deyilirdi.
Onların rol aldıqları “Sen çal kapımı” serialının çəkilişləri zamanı dava etdikləri və buna görə də çəkilişlərə bir müddət ara verildiyi bildirilib.
Əslində isə ekran işinin çəkilişlərinə iki səbəbdən fasilə verildiyi məlum olub.
Birinci səbəb Kerem Bürsinin Kanadadan gələn ailəsi ilə vaxt keçirmək istəyi olub. İkincisi isə, Hande Erçelin boyununda yaranan ağrılar... Belə ki, o, şəhər həyatından uzaqda tikdirdiyi evin inşaatı ilə məşqul olan ustalarla gərginlik yaşayıb. Bundan sonra aktrisanın boyunu ağrımağa başlayıb.
Hər iki səbəbə görə “Sen çal kapımı”nın çəkilişlərinə bir müddət ara verilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.