İtaliyada şəxsi həyatı və karyerası ilə gündəm olan aktyor Can Yaman haqqında yeni xəbər yayılıb.
Axşam.az türk mediasına istinadən xəbə verir ki, İtaliyanın “Fatto Quotidiano” qəzetinin yaydığı məlumata əsasən, Canın Romada tanış olduğu Diletta Leotta ilə yaşadığı sevgi münasibəti saxtadır.
Belə ki, Diletta keçmiş sevgilisi Daniel Scardina ilə gizli görüşməyə davam edir.
İddialara görə, bu eşq münasibəti Can Yamanın İtaliyada şöhrətini artırmaq üçün qurulub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.