Qış fəsilində gərgin iş rejimi nəticəsində bəzən düzgün qidalanma və idmanla məşğul olma qaydalarına əməl etmirik. Lakin qış fəslinin də özünəməxsus zəngin vitamin tərkibli qidaları mövcuddur. Effektiv pəhriz yeməkləri sağlamlığımızla, yanaşı gözlərimizin də qayğısına qala bilər.
Axşam.az xarici KİV-ə istinadən, göz sağlamlığı üçün faydalı qidaları təqdim edir:
1. Yaşıl yarpaqlı tərəvəzlər İspanaq və kələm kimi göyərtilər gözlərinizdəki qan damarlarını gücləndirir və katarakt meydana gəlməsinin qarşısını alan C vitamini ilə zənginləşdirir. Eyni zamanda qocalmanın da qarşısını alır.
2. Kartof, balqabaq, yerkökü Kartof, balqabaq, yerkökü və ərik beta-karotenlə zəngindir. Gözlərdə gecə görmə qabiliyyətini artırır.
3. Balıq Qızılbalıq və alabalıq (qızılbalıqlar növünə yaxın balıq) immunitet sistemini gücləndirir. Onlar hüceyrəni və sinir sistemini qoruyan Omega-3 yağ turşuları mənbəyidir. Omega-3 göz quruluğu kimi problemləri aradan qaldırır və göz təzyiqinin yaranmasının qarşısını alır.
4. Lobya və paxlalı tərəvəzlər Noxud, lobya, mərci və lobya kimi paxlalılar da göz sağlamlığı üçün faydalıdır. Onların tərkibindəki sink gecə korluğunu azaldır və inkişaf etməsinə mənfi təsir edir. Gözü qoruyan piqmentin istehsalına kömək edir.
5. Yumurta Yumurta qiymətli vitaminlər və minerallarla zəngindir. Tərkibində göz üçün faydalı sink, D və A vitaminləri var. Gözləri gecə korluğu və quruluqdan qoruyur.
6. Fındıq və çərəzlər Fındıq, badam, yer fıstığı kimi vasitələr güclü bir antioksidan olan E vitamini ilə zəngindir. Göz quruluğunun qarşısını almaq üçün faydalı hesab olunur.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.