SON DƏQİQƏ - Raket və Artilleriya Qoşunlarının bölmələrinə həyəcan siqnalı verildi
Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının fəaliyyəti ilə tanış olmaq üçün fevralın 9-da N saylı artilleriya hərbi hissələrinə səfər təşkil edilib.
Əvvəlcə düşmənin sentyabrın 27-də növbəti təxribatı zamanı olduğu kimi hərbi hissəsinin şəxsi heyətinə həyəcan siqnalı verilib.
Həyəcan siqnalı ilə qaldırılan bölmələrin hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək bacarıqları və manevr imkanları praktiki nümayiş etdirilir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.