banner
banner

Hərbİ

Ali Hərbi Məktəb Vətən müharibəsində 10 şəhid verib - Füzuli Salahov

Ali Hərbi Məktəb Vətən müharibəsində 10 şəhid verib - Füzuli Salahov

Vətən müharibəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müəllim-zabit, komandir heyəti ilə yanaşı 4-cü kursda təhsil alan kursantlara da kiçik leytenant hərbi rütbəsi verilərək döyüşlərdə iştirak ediblər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Füzuli Salahov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan qələbədə iştirak edən məktəbin 600 nəfərə yaxın hərbi qulluqçusundan 10 nəfəri şəhid olub, 23 nəfəri isə müxtəlif dərəcəli xəsarətlər alıb:

"Şəhid olanlardan 5-i zabit müəllimlər, 5-i isə 4-cü kursdan müharibəyə göndərilən kiçik leytenantlardır. Şəhid polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu ən yüksək "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.