Öskürək siqaret, bədəndə maye çatışmazlığı və mikrob kimi amillərdən meydana gəlir. İnsan öskürən zaman, nəfəs borusu və ağ ciyərlərindən lazımsız maddələri xaric edilir. İnsanlar arasında daha çox quru öskürək növü yayılıb. Bunun qarşısını almaq üçün maye qəbulu ilə yanaşı siqareti də tərgitmək vacibdir. Mütəxəssislər, öskürəyi dayandırmaq və qısa müddətdə bu xəstəlikdən qurtulmaq üçün bəzi bitki çayları tövsiyyə edirlər.
Axşam.az xarici KİV-ə istinadən, həmin bitki çaylarını təqdim edir:
1.Nanə çayı Soyuqdəymənin müalicəsində və öskürəyə qarşı ən təsirli bitki çaylarından biridir. Dadını sevməyənlər üzərinə 1 çay qaşığı bal əlavə edərək qəbul edə bilər.
2.Adaçayı Mükəmməl bir antioksidan olan bu çay, quru öskürəyin müalicəsində tez-tez istifadə olunur. Boğaz ağrısı üçün daha çox qarqara edilməsi tövsiyyə olunur.
3.Zəncəfil çayı Qrip və soyuqdəymədən qaynaqlanan öskürək zamanı istifadə edilir. Bir stəkan qaynar suya suya 2-3 ədəd zəncəfil atılır və 10-15 dəqiqə dəmlənir. Gündə 3 stəkan olmaqla səhər, günorta və axşam yeməyindən sonra içilməsi məsləhət olunur.
4.Acı bibər və bal qarışığı Ənənəvi Çin təbabətində də istifadə edilən acı bibər qan dövranını aktivləşdirir və bəlğəmin təmizlənməsinə kömək edir. Bal isə öskürəyə qarşı antibiotik kimi fəaliyyət göstərir. Acı bibər və bal qarışığı daha çox bəlğəmli öskürəkdə istifadə edilir. 1 çay qaşığı acı bibər və 2 xörək qaşığı bal bir stəkana qoyulur və üzərinə qaynar su əlavə edilərək ağzı bağlı vəziyyətdə 15 dəqiqə dəmlənir. Daha sonra isə qəbul edilir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.