banner
banner

Sosİal

Bakının daha bir qəsəbəsi abadlaşdırılır: Bu ərazi də Balaxanı və Bibiyehbət kimi olacaq

Bakının daha bir qəsəbəsi abadlaşdırılır:

Paytaxt sakinləri və turistlər üçün görməli yerlərin siyahısına daha bir məkan əlavə edilir.

Trend-in məlumatına görə, Balaxanı, Bibiyehbət qəsəbələrinin bərpasından sonra Suraxanı rayon Əmircan qəsəbəsində də yenidənqurma və bərpa işləri aparılır. Bakının qədim kəndlərindən olan Əmircanda tarixi məkanlar maraqlı görkəm alacaq.

Artıq qəsəbədə bir müddətdir ki, bu istiqamətdə işlər başlayıb. Dörd küçədə abadlıq işləri görülür, əvvəllər malalanan divarlar çapılır, qədimliyi müəyyənləşən hasarlar xüsusi məhlul ilə təmizlənir, tarixi görkəmi geri qaytarılır.

Bu günə kimi işıqsız olan küçələrdə yeni dirəklər quraşdırılır, su və kanalizasiya boruları, rabitə xətləri bərpa edilir.

Qəsəbədə yük avtomobillərinin daha intensiv hərəkət etdiyi yollar asfaltla örtülür, digərləri isə qəmbər daşları ilə yenilənir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.