Rusiyada yaşanan seks qalmaqalı dünya mətbuatına sızıb. Cia.az-ın məlumatına görə, kadrlarda paytaxt Moskvada yerləşən Rusiya parlamentinin binasının görüntüləri yer alıb. Videokamera hökümət binasındakı kabinetlərin birinin pencərəsini nişan alıb. Videonu yerləşdirənlər kabinetdəki cütlüyün sekslə məşğul olduğunu iddia edirlər. Videonun 2013-cü ildə çəkildiyini bildirsələr də, nədənsə onu ictimaiyyətə indi təqdim etməyi qərara alıblar. Rusiya parlamentindən görüntülərlə bağlı heç bir açıqlama verilmir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.