banner
banner

İdman

"Hamı məni "Barselona"nın məşqçisi kimi görür"

"Hamı məni "Barselona"nın məşqçisi kimi görür"

"Əl-Sədd"in baş məşqçisi Xavi "Barselona"ya mümkün gəlişindən danışıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisində işləmək istədiyini bildirib: “Əl-Sədd"də yaxşı işləyirəm. Asiyanın böyük bir klubundayam, bu, Qətərin ən yaxşı komandasıdır. Gələcəkdə nə olacağını görəcəyik.

Hamı məni "Barselona"nın məşqçisi kimi görür. Mən kluba və hazırkı çalışdırıcı Kumana hörmət edirəm. Gizlətməyəcəyəm, əlbəttə ki, "Barselona"nın baş məşqçisi olmaq istərdim. Bunu dəfələrlə demişəm.

Ancaq indiki məşqçiyə və kluba həmişə hörmət edəcəyəm. Onlara ən yaxşısını diləyirəm. "Barselona"da prezident seçkiləri yaxınlaşır, gəlin hansı namizədin qalib gəldiyini görək".

Qeyd edək ki, "Barselona"nın Xavini Kumanın əsas əvəzləyicisi kimi gördüyü bildirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.