banner
banner

Sosİal

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI

Azərbaycanda bu şəxslərə verilən müavinət

1996-cı ildə Heydər Əliyevin fərmanıyla repressiya qurbanlarının ailələrinə müavinət ayrılıb. Həmin ildən etibarən, müavinətin həcmi 11 manat müəyyənləşib. Lakin, digər kateqoriyalarda müavinətin miqdarı yüksəlsə də, repressiya qurbanlarının ailə üzvlərində müavinət 11 manat olaraq qalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkə başçısı tərəfindən qəbul edilərkən, repressiya qurbanlarının ailə üzvlərinə olan diqqətin artırılmasıyla bağlı tapşırıq vermişdi. Görünən odur ki, ölkə başçısının göstərişi hələ də yerinə yetirilməyib.

Muavat.com xəbər verir ki, mövzuyla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən Hurriyyet.org-un sorğunsuna cavab olaraq bildirilib ki, qeyd olunan 11 manat əlavə pul 1 yanvar 2021-ci il tarixindən etibarən ödənilmir:

“Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 19.1.5-ci maddəsinə əsasən repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərin əmək pensiyalarının üzərinə 11 manat əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Qanunda sözügedən əlavənin siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərin ailə üzvlərinə verilməsi nəzərdə tutulmuşdur.

Qeyd etmək istərdik ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 240-VIQD nömrəli Qanuna əsasən adıçəkilən qanunun 19-cu maddəsi ləğv olunmuşdur. Bu səbəbdən qeyd olunan əlavənin (11 manat) 1 yanvar 2021-ci il tarixindən sonra ödənilməsi mümkün deyil”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.