banner
banner

Sosİal

Hava kəskin dəyişir - Çovğun olacaq, yollar buz bağlayacq

Hava kəskin dəyişir -

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə qara keçəcəyi gözlənilir, 24-də bəzi yerlərdə intensiv olacağı ehtimal edilir.

Şimal-qərb küləyi əsəcək, 18-23, arabir 25-30, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənək. Çovğun olacağı ehtimalı var.

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, 0-5 dərəcə şaxta olacağı gözlənilir. Fevralın 24-25-də gecə və səhər yolların buz bağlayacağı ehtimal olunur.

Fevralın 23-ü axşam Azərbaycanın şimal və şərq rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı gözlənilir.

Qərb küləyi əsəcək, 18-23, ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək.

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, aran rayonlarında 3-8, dağlıq rayonlarda 15-20 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.