banner
banner

Dünya

Baş nazir rüşvət üstə istefa verdi

Baş nazir rüşvət üstə istefa verdi

Cənubi Koreyanın Baş naziri Li Van Qu sahibkarın intiharından sonra ölkədə alovlanmış korrupsiya qalmaqalının fonunda istefa verib. İddiaya görə, nazir rüşvəti yüksək vəzifəli şəxslərə verib.
O, istefa haqqında ərizəni ölkə prezidenti Pak Kın Xeyə təqdim edib. Dövlət başçısı onun ərizəsinə hələ baxmayıb. Baş nazir ərizəsində rüşvət almasını inkar edib.
Prezident Pak Kın Xe bundan əvvəl korrupsiya qalmaqalında adı hallanan bütün günahkarların cəzalandırılmasına söz verib. O deyib ki, hakimiyyət orqanlarında korrupsiyanın istənilən təzahürü ilə mübarizə aparacaq.

Koreya sahibkarı Sun Van Çon ötən il avqustun əvvəlində asılmış vəziyyətdə tapılıb. O, ölümünə az qalmış ölkənin ən yüksək hakimiyyət orqanlarında korrupsiya haqqında müsahibə verib. İntihar zamanı onun cibində prezidentə yaxın hesab edilən bir neçə tanınmış siyasətçinin adları olan siyahı aşkarlanıb. Siyahıda onların Sun Van Çondan rüşvət kimi aldıqları məbləğ yazılıb. Onların arasında Cənubi Koreyanın Baş naziri Li Van Qunun adı da var və o, təqribən 27 min dollar alıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.