banner
banner

Sosİal

BŞTİ vətəndaşları video formatda qəbul edəcək

BŞTİ vətəndaşları video formatda qəbul edəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 26 fevral tarixindən etibarən vətəndaş qəbulu prosesi videoqəbul formatında həyata keçiriləcək.

İdarədən Trend-ə verilən məlumata görə, videoqəbulların təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etmək, vətəndaşların BŞTİ-yə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə ilə genişləndirmək və onları maraqlandıran məsələlərə aydınlıq gətirməkdən ibarətdir.

Videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna və ya (012) 599-12-22 nömrəli telefona zəng etməklə məlumat ala bilərlər.

Qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Videoqəbullarda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.