banner
banner

Dünya

Baş nazirə anonim məktub: “33 il əvvəl 16 yaşlı qıza edilən təcavüz...”

Baş nazirə anonim məktub:

Avstraliya Baş naziri Skott Morrison kabinetindəki bir nazirin 33 il əvvəl azyaşlı qıza təcavüz etdiyini dair iddianı araşdırıb. 

Baş nazir təcavüz iddialarının özünü doğrultmadığını bildirib.

Morrison kabinetindəki bir nazirin 1988-ci ildə 16 yaşlı bir qıza təcavüz etdiyinə dair keçən həftə ofisinə göndərilən anonim məktubla əlaqədar açıqlama verib.

Sözügedən məktubu polisə göndərdiyini bildirən Morrison bu iddianı federal polis komissarı ilə müzakirə etdiyini deyib: “Nazir təcavüz iddialarını qətiliklə rədd edir”. 

Məktubda nazirin 1988-ci ildə Yeni Cənubi Uels ştatında bir qıza təcavüz etdiyi iddia olunur.
Təcavüzə məruz qalan qadının 2020-ci ilin fevralında polisə şikayət etdikdən sonra iyun ayında intihar etdiyi açıqlanıb.

(telegraf.com)

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.