banner
banner

Sosİal

İntihar edən məktəbli qızların valideynləri: “Şəkil üçün ora çıxıblar” - VİDEO

İntihar edən məktəbli qızların valideynləri:

Bakıda dünən intihar etdiyi deyilən şagirdlərin – Mətanət Quliyeva və Əfruz Səmədovanın yaxınları danışıb.

Baku TV əməkdaşları Qobu qəsəbəsində olub, şagirdlərin valideynləri ilə hadisəni təfərüatını öyrənməyə çalışıblar.

Mərhum Mətanət Quliyevanın atası Elşən Quliyevin sözlərinə görə, qızlar sefi çəkdirirmiş:

“Onlar şəkil üçün ora çıxıblar. Biri sürüşüb, digəri də onu tutmaq istəyib. İkisi də yıxılıb. İntiharla bağlı heç bir dəlil yoxdur”.

E.Quliyev bildirib ki, üç övladı var. M.Quliyeva onun üçüncü övladı olub.

Bildirək ki, Əfruz Səmədova evin yeganə övladı olub. Onun valideyinləri özlərini yaxşı hiss etmədikləri üçün danışmaq istəməyiblər.

Qeyd edək ki, martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2004-cü il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini ataraq intihar ediblər. 

Hadisəylə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Ətrafı süjeti təqdim edirik:

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.