banner
banner

Hərbİ

Beynəlxalq ictimaiyyət Ermənistanın dinc insanları qətlə yetirməsinə qarşı tədbir görməlidir - Zakir Həsənov

Beynəlxalq ictimaiyyət Ermənistanın dinc insanları qətlə yetirməsinə qarşı tədbir görməlidir - Zakir Həsənov

Martın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edildi.

Azərbaycan Ordusu tərəfindən keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında qonağa məlumat verən nazir bildirib ki, 44 gün davam edən müharibədə ordumuzun qazandığı döyüş təcrübəsi bir çox dünya ölkələrinin orduları və beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir.

Müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrini müntəzəm atəşə tutmasını, məqsədyönlü şəkildə dinc əhalini qətlə yetirməsini ciddi pisləyən general-polkovnik Z.Həsənov beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə layiqli qiymət verilməsinin və həmin hadisələri törədənlərə qarşı müvafiq tədbirlərin görməsinin vacibliyini qeyd edib.

Azərbaycanın torpaqlarını işğaldan azad edərək 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsini həll etməsinin Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına töhfə verəcəyini diqqətə çatdıran Müdafiə naziri Azərbaycan Ordusu tərəfindən postmüharibə dövründə azad edilmiş ərazilərdə keçirilən tədbirlər haqqında da qonağı məlumatlandırıb.
Öz növbəsində, T.Klaar Ermənistan ilə Azərbaycan arasında baş verən bütün silahlı toqquşmaları, xüsusilə də keçən ilin payızında baş vermiş müharibəni diqqətlə izlədiyini qeyd edərək Cənubi Qafqaz regionunda sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O həmçinin bildirib ki, Avropa İttifaqı bu istiqamətdə atılan bütün addımları dəstəkləyir.

Vətən müharibəsində şəhid olan hərbi qulluqçular və mülki şəxslərin ailələrinə başsağlığı verən T.Klaar Azərbaycan Ordusunun bu müharibədə əhəmiyyətli təcrübə qazandığını qeyd edib.

Görüşdə tərəflər həmçinin bölgədə yaranmış yeni vəziyyət, postmüharibə şəraiti və bir sıra digər məsələləri müzakirə ediblər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.