banner
banner

Dünya

ABŞ-da gecə şənliyi zamanı atışma olub ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

ABŞ-da gecə şənliyi zamanı atışma olub

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində gecə şənliklərinin birində atışma baş verib. Nəticədə iki nəfər ölüb, 13 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “NBC” telekanalı polisə istinadən məlumat yayıb.

Məlumata görə, naməlum şəxs yerli vaxtla saat 04:41 radələrində (Bakı vaxtı ilə 13:41) şənlikdə başqaları ilə mübahisədən sonra odlu silahdan atəş açıb. Nəticədə iki nəfər yerindəcə keçinib, 20-44 yaş arası daha 13 nəfər isə yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.