banner
banner

Sosİal

Xızıda torpaqlar zəbt edilib - ŞİKAYƏT

Xızıda torpaqlar zəbt edilib

Xızının Yeni Yaşma kənd sakinləri dövlət başçısına müraciət edib.

Tia.az xəbər verir ki, kənd camaatı torpaqlarının qeyri-qanuni zəbt edilməsindən narazılıq edir. Xızının icra başçısı Xəzər Aslanova və digər aidiyyatı qurumlara edilən şikayətlərə baxılmadığı qeyd olunur.
Torpaqları zəbt edən isə fermer Pəri adlı xanımdır. Pəri xanım Beyləqanın icra başçısı Vaqif Abdullayevin qudasıdır. Pəri xanımdan savayı bir çox iri torpaq sahibləri də var ki, onların adı bilərəkdən çəkilmir.
Xəzər Aslanov, onun sabiq müavini və hazırkı kampanyonu, yəni şəriki Arzu Əzizovdur. Əslən Yeni Yaşma kəndindən olan Arzu müəllimin öz yurdunda çox etibarlı dayaqlarının olduğu da çoxlarına sirr deyil. Bu dayaqlar vasitəsilə bir vaxtlar hakimiyyət əleyhinə ciddi təbliğat aparan sabiq "amip"çi Arzu Əzizov rayon səviyyəsində müəyyən manevrlər edə bilirdi.
Uzun illər rayondakı yeganə peşə məktəbində direktor işlədikdən sonra icra başçısı onu özünə aqrar məsələlər üzrə müavin götürdü. Bu gün Arzu Əzizov icra başçısının maliyyə rıçaqlarını möhkəmləndirməyə hesablanmış büdcə işlərində onun ən yaxın tərəfdaşı hesab edilir. Onu da qeyd edək ki, Arzu Əzizovun və onun kimi bir çox məmurların Yeni Yaşma kəndində yüz hektarlarla torpaq sahəsi var. Lakin bu torpaqlar yenə də azlıq edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.