Dünya şöhrətli kolumbiyalı müğənni Şakira "Ginnesin Rekordlar Kitabı"na düşüb. 38 yaşlı iki uşaq anası olan ifaçı ona təqdim olunan diplomları özünün Instagram səhifəsində paylaşıb. Onun bu məşhur kitaba düşməsinin səbəbi İnternetdəki rekord sayda izləyicisin olmasıdır. Şakiranın "Facebook" sosial şəbəkəsindəki 100 milyonluq rekord "like" rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı"nda qeydə alınıb. Müğənni mikrobloqunda onunla və ailəsi ilə maraqlanaraq onu qalib edən bütün izləyicilərinə öz minnətdarlığını bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.