banner
banner

Sosİal

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT!

Paytaxtda bir sıra ərazilərində qaz olmayacaq.

 Xəzər Pirallahı Gürgan qəsəbəsi, Damba ərazisində "Təmizqaz" tərəfindən qaz sayğaclarına texniki baxış keçirilməsi ilə əlaqədar olaraq qaz təchizatı dayandırılıb.

Suraxanı rayonu Hövsan qəsəbəsi O.Şabanov küçəsində "Təmizqaz" tərəfindən sayğac girişlərinin yivsiz, qaynaqla yığılması məqsədilə qaz olmayacaq.

Sumqayıt şəhəri Tağıyev qəsəbəsində də yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə əlaqədar olaraq, ərazidə qaz təchizatı dayandırılıb.

Nərimanov rayonu F.Xoyski , Ə.Əliyev, Təbriz küçələrində yeraltı qaz xəttində sızmanı aradan qaldırması məqsədi ilə ərazidə qaz olmayacaq.

Sabunçu rayonu Maştağa qəsəbəsi S.Vurğun və H.Aslanov küçələrində qeyri qanuni çəkilmiş qaz xətlərinin ləğv edilməsi ilə əlaqəli olaraq ərazidə qaz təchizatı dayandırılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.