Xəbər verdiyimiz kimi, ötən gün Los-Ancelesdə "Qremmi 2021" mükafatlandırma mərasimi baş tutub.
Axşam.az xəbər verir ki, gecədə "Ən yaxşı R&B ifaçısı" və "Ən yaxşı musiqi videosu" nominasiyasında mükafata layiq görülən müğənni Beyonsun qızı Blu Ayvi də 9 yaşında ilk "Qremmi"sinə sahib olub. Anasının “Brown Skin Girl” mahnısınım müəlliflərindən biri olan Ayvi "Ən yaxşı musiqi videosu" nominasiyasında qalib olub.
Mükafat sənətçinin qızına mərasimin gündüz saatlarında keçirilən hissəsində təqdim edilib.
Qeyd edək ki, Blu Ayvi, Beyonsun həyat yoldaşı repçi Cey-Z ilə evliliyindən dünyaya gələn qızıdır. Beyonsun hazırda kolleksiyasında 28 "Qremmi" mükafatı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.