banner
banner

Sosİal

Yoluxma sürətlə artır - Karantin rejimi nə vaxt sərtləşdiriləcək? - AÇIQLAMA

Yoluxma sürətlə artır -

Ölkədə Novruz bayramından sonra epidemioloji vəziyyətə uyğun olaraq karantin sərtləşdirilə bilər.

BAKU.WS xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə müsahibəsində həkim Adil Qeybulla deyib.

O bildirib ki, bayram günlərində karantinin olması insanlara mənfi təsir edə bilər:

"Azərbaycanda ikinci dalğada qazanılan təcrübə onu göstərdi ki, bir müddət karantin qaydalarını tətbiq etməməyimiz bizi xeyli çətinliklərlə üz-üzə qoydu. Bu gün gündəlik yoluxmalar barədə açıqlanan rəsmi rəqəmlər də "aysberqin görünən" hissəsidir. Gündəlik iş rejimimizdə də yoluxanların sayının artmasını müşahidə edirik.

Hesab edirəm ki, belə bir situasiya varsa, maarifləndirici tədbirlər görülməlidir. Bayram günlərində hansısa karantin qaydalarının sərtləşdilməsi insanların əhval-ruhiyyəsinə mənfi təsir edə bilər. Bu səbəbdən bayramqabağı karantinin sərtləşdirilməsini məqsədəuyğun hesab etmirəm.

Bayramlardan sonra yəqin ki, epidemioloji vəziyyətə uyğun qərarlar verilə bilər. Ümid edirəm ki, əhali də bunu anlayışla qarşılayar. Qaydalara əməl edərsək, üçüncü dalğadan daha az itki və problemlə çıxa bilərik”.

Peyvənd vurulmasının daha intensivləşdirilməsi lazım olduğunu qeyd edən A. Qeybulla risk qrupunun peyvəndlənməsinin baş çatmasından sonra ölkədə yumşaldılmaların ola biləcəyini söyləyib:

“Qısa müddətdə əhalinin böyük hissəsinə peyvənd vurularsa, bu dalğanı az itkilərlə başa vura bilərik. Kütləvi peyvəndlənmənin əsas işi operativlikdir. Bütün tibb müəssisələri bu işə cəlb olunmalı və vətəndaşlar istədikləri müəssisədə peyvənd vurdurmalıdır. Əhalinin 2-3 milyonunun qısa müddətdə peyvənd vurdurması xeyli effekt verəcək.

Bunun həm üçüncü dalğanı rahat keçirmək, həm də kollektiv immunitet üçün müsbət tərəfləri olacaq. Risk qrupuna daxil olanların peyvəndlənməsi prosesi bitərsə, biz yumşaldılmalara gedə bilərik. Bu, yenə də epidemioloji vəziyyət nəzərə alınmaqla müzakirə olunmalıdır”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.