banner
banner

Gündəm

Britaniya ştammı təhlükəsi- Yoluxmamaq üçün bunu mütləq edin!

Britaniya ştammı təhlükəsi-

"Karantin tədbirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətinə aid məsələdir. Mütəxəssislər monitorinq aparırlar və bunun əsasında həm tibbi, həm də iqtisadi göstərişlərə görə, müəyyən qərarlar verirlər. Koronavirusa yoluxma sayı artdıqca bu məsələ gündəmə gəlir və müzakirə olunur".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bu günə qədər necə qorunmuşuqsa, eyni qayda üzrə qorunmalıyıq: "Sadəcə olaraq bir qədər də diqqətli və məsuliyyətli olmalıyıq. Karantin qaydaları sərtləşdirilərkən təmaslar azalır. Bunu elə əvvəldən özümüz də edə bilərik. İşimizi elə planlaşdıraq ki, artıq yerə özümüzü riskə atmayaq və təmasda olmayaq. Əgər bu təmaslar mümkün olmayacaqsa, onda qaydalara elə əməl edək ki, fərdi qoruyucu vasitələr bizi qorusun.

Baş infeksionist həmçinin vaksinasiya prosesinin vacibliyini də vurğulayıb: "Azərbaycanda tətbiq olunan vaksin (CoronaVac) illərlə oturuşmuş texnologiya üzərində əldə olunduğuna görə yan təsirləri bəllidir. Ölkədə yarım milyona yaxın insanın peyvənd olunmasına baxmayaraq hər hansı tutarlı ağır reaksiya hallarına rast gəlinməyib".

Qeyd edək ki, Azərbaycanda koronavirusun yeni növü olan Britaniya ştammının tapılması ehtimalı var. Bu barədə “Report”a tibb sahəsindən olan mənbələrdən bildirilib. Koronavirusun Britaniya ştammı daha təhlükəli, sürətlə yayılan, ağır keçirilən sayılır. Avropada bir çox ölkələr üçüncü dəfə qapanmaya məhz Britaniya ştammının yayılmasının qarşısını almaq məqsədilə gediblər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.