Türkiyəli aparıcılar Ersin Düzen və Seyhan Şaşko ailə həyatı qurublar.
Cütlük yaxınlarının iştirakı ilə İstanbulda təşkil edilən dəbdəbəli nikah mərasimi ilə evlənib.
Qısa müddət əvvəl eşq yaşamağa başlayan Ersin və Seyhanın evlilik qərarı hər kəs üçün gözlənilməz olub. Onların nikah mərasimində Ali Gültiken, Tümer Metin, Ayhan Akman və Qamze Topuz kimi tanınmış simalar da iştirak edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.