Tanınmış modelin instagramda paylaşdığı sözlər müsəlmanların ürəyincə olub. Son zamanların ən çox danışılan modellərindən biri olan Cara Delevingne Mövlana Cəlaləddin Ruminin sözlərini paylaşıb. 21 yaşlı ingilis model öz instagram səhifəsində bu sözləri yazıb: "Qəlbin bir gün səni sevgiliyə götürəcək. Ruhun bir gün səni sevgiliyə aparacaq". 11 milyona yaxın izləyicisi olan instagram hesabında həmin sözləri 300 mindən çox insan bəyənib, minlərlə izləyici isə həmin sözlərə şərh yazıb. 21 yaşlı gənc model Cara Delevingne tək modelliyi ilə gündəmdə olmur. Onun sosial mediada paylaşdığı şəkillər də onu kifayət qədər tanıdır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.