Reytinqli layihələrdən olan “Kefaret” serialı ilə bağlı gözlənilməz qərar qəbul edilib.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, ekran işinin baş rolunda çəkilən aktyor Mert Fırat virusa yoluxub. Nəticədə serialın sseanrisinə ciddi dəyişiklik edilib.
Bundan sonra ekran əsərində Sinan obrazına həyat verən Mert Suriyaya səfər edibmiş kimi göstəriləcək. Karantinə alınan Fırat müalicəsi bitdikdən sonra isə yenidən çəkiliş meydanına qayıdacaq.
Qeyd edək ki, “Kefaret”də Mertin tərəf müqabili aktrisa Nurgül Yeşilçaydır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.