banner
banner

Sosİal

Apreldə qapanma olacaq? - Səhiyyə Nazirliyinin rəsmisindən AÇIQLAMA

Apreldə qapanma olacaq? -

"Bütün hallarda karantinin sərtləşdirilməsi barədə Operativ Qərargah qərar qəbul edir. Burada epidemik vəziyyət nəzərə alınır".

BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, təxminən 10 gün ərzində davam edən Novruz bayramı zamanı ictimai nəqliyyatın fəaliyəti dayandırılmışdı:

"Rəqəmlərdə artım olsa belə, yoluxma sayı 10 gün ərzində 5-10 dəfə artmamışdı. İctimai nəqliyyat hamıya bəllidir ki, koronavirus infeksiyasının yayılmasına şərait yaradan ən başlıca amillərdən biridir. Amma ən çox rast gəlinən yayılmalar kütləvi tədbirlərlə bağlıdır. Ən ciddi yayılmalar toylar, yas mərasimləri və ad günlərində baş verir.

Bu cür tədbirlərin məhdudlaşdırılmasının davam etdirilməsi, sanitar gigiyenik normaların tətbiqinə nəzarətin gücləndirilməsi davam etməlidir. Bakı əhalisinin daha əhəmiyyətli qismi artıq yoluxub, xəstələnib və sağalıb. Amma regionlarımızda Bakı, Sumqayıt və Gəncə ilə müqayisədə bütün il boyu yoluxma halları az olub. Ona görə, regionlarımızın qorunması çox vacibdir.

Regionlarımızda çoxlu sayda əhalimiz var ki, onlar koronavirusla indiyə qədər təmasa gəlməyiblər. Orada alovlanma olarsa, daha sürətli ola bilər. Amma Bakıda alovlanma nisbətən az sürətlə inkişaf edir. Çünki elə bir bina yoxdur ki, həmin binanın təxminən 20-30 faizində yoluxmalar olmasın. İnsanlar xəstələnib və sağalıblar. Yəni Bakı, Gəncə və Sumqayıtın kollektiv immunitetə çatma ehtimalı regionlarla müqayisədə daha çoxdur".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.