Bir müddət əvvəl gənc aktrisa Ayşegül Çınar dostları ilə əyləncə mərkəzindən qayıdarkən polis onun avtomobilində narkotik maddə aşkar etdi və həbs edildi. Daha sonra həmin maddənin keçmiş sevgilisi tərəfindən qoyulduğunu deyən aktrisa bəzi dəlil və sübutların toplanılması ilə azadlığa buraxıldı.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, həmin əyləncə mərkəzindəki təhlükəsizlik kameralarına baxış keçirilən zaman aktrisanın maşınına heç bir şəxsin yaxınlaşdmadığı məlum olub.
Bundan sonra Ayşegül “Söylemezsem Olmaz” proqramında canlı yayıma qoşularaq o görüntülərin həqiqəti əks etdirmədiyini deyib:
“Bu mövzu artıq çox uzandı. Danışmaq istəmirdim, lakin məcburam. Mən susduqca, üstümə gəlirlər. Onun avtomobilimin arxasında dayandığı görüntüləri var əlimdə. İnsanların hansı videoya baxdıqları önəmlidir. İki gün əvvəl maşının açarını itirdim. Keçmiş sevgilimdə isə əlavə açar var idi. İki gün sonra isə polis avtomobilimdə narkotik tapdı”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.