banner
banner

Sosİal

Bakıda bu bağçalar işləmir - İki fərqli qərar

Bakıda bu bağçalar işləmir

Bakıda yerləşən və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan bağçalar fəaliyyət göstərmir.

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçaların fəaliyyəti ilə bağlı qərar verilmişdi.

Bildirilirdi ki, aprelin 5-dən Bakı başda olmaqla sözügedən şəhər və rayonlarda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri bağlanacaq. Məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləmişdi.

Lakin sonradan təhsil naziri Emin Əmrullayev canlı yayında bağçaların bağlanmayacağını açıqladı. Bildirdi ki, qərar ləğv olunub.

Bu iki fərqli qərar aprelin 3-də elan olunsa da dolğun izah verilmədi.

Bu gün isə bir çox valideynlərə məlum olur ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan bağçalar işləmir. 

İzah olaraq deyilir: "Təhsil nazirinin dedikləri bizim bağçalara aid deyil. Nazir açıqlama verəndən sonra Bakı Şəhər İcra Hakimiyyətindən bizə bildirildi ki, nazir dedikləri bu bağçalara aid deyil".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.