banner
banner

Hərbİ

“Bir millət-iki dövlət”in bir ordusu formalaşmaqdadır"

“Bir millət-iki dövlət”in bir ordusu formalaşmaqdadır"

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprelin 6-da Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayır. Bu, artıq Türkiyə Cümhuriyyəti ilə Azərbaycan hərbçilərinin ötən ilin yayından bu yana 6-cı birgə hərbi təlimidir. Demək olar, bütün qoşun növləri üzrə birgə hərbi təlimlər keçirilir. Bu, Turan ordusu ideyasının reallaşması prosesinin tərkib hissəsi, Azərbaycan Ordusunun Türkiyə Ordusu modelinə keçməkdə olması, Azərbaycanın qardaş ölkə tərəfindən tam müdafiə olunması, ölkəmizə qarşı təcavüzün baş verəcəyi anda, Türkiyə ordusunun bu təcavüzə açıq və prinsipial dəstək verəcəyinin nümunəsidirmi?

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, qardaş Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən silahlı qüvvələrimiz arasında əməkdaşlıq ən yüksək səviyyədə qurulmaqda və inkişaf etməkdədir. Bu cür əməkdaşlıq hər birimizdə böyük qürur və sevinc doğurur. NATO kimi güclü hərbi-siyasi blokun ikinci ordusu hesab olunan qardaş Türkiyə ordusunun təcrübəsindən, onun hərbi texnoloji imkanlarından istifadə etmək və bəhrələnmək Azərbaycan silahlı qüvvələrinin dünyanın ən güclü silahlı qüvvələri səviyyəsinə çıxmasında son dərəcə önəmli rol oynayır: “Artıq iki dövlət arasında hərbi əməkdaşlıq bütün istiqamətlər üzrə gedir. Təkcə hərbi texnoloji səviyyədə Türkiyənin Azərbaycana hərtərəfli köməyi, yardımı və bu baxımdan müasir texnoloji avadanlıqların Azərbaycanda istehsalı ilə məhdudlaşmır. Bizim ənənəvi xarakter daşıyan birgə hərbi təlimlərimiz də göz önündədir. Demək olar ki, silahlı qüvvələrin bütün sahələri üzrə bu hərbi təlimlər ardıcıl, sistemli xarakter daşıyır. Əlbəttə, bu təlimlər dünyanın heyrət edə biləcəyi güclü Türkiyə ordusunun təcrübəsinin öyrənilməsi, mənimsənilməsi baxımından çox əhəmiyyətlidir. Bunun konkret nəticələrini də biz ötən il 44 günlük Vətən savaşında gördük. Mən tamamilə əminəm ki, bu əməkdaşlıq, bu təlimlərdə əldə olunan təcrübə Azərbaycan Ordusunun güclənməsində müstəsna rolunu oynayır və bundan sonra da oynayacaq”.

Bu dövlət qurumları özəlləşdirilir – Fəzail Ağamalı

Fəzail Ağamalı: “Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında saziş mövcuddur və bu sazişə uyğun olaraq...”

Deputat xatırlatdı ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında saziş mövcuddur və bu sazişə uyğun olaraq istənilən halda, istənilən vəziyyətdə, istənilən anda Azərbaycan dövlətinin dəvəti ilə Türkiyənin silahlı qüvvələrinin bütün hərbi potensialı Azərbaycanın yanındadır: “Bundan sonra bu əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsi və Azərbaycan Prezidentinin ”Biz Türkiyə ordusu modeli əsasında öz silahlı qüvvələrimizi formalaşdırmalıyıq" kimi ciddi əhəmiyyətli vacib açıqlaması və bu niyyətin ortalığa qoyulması ciddi məqamlardan xəbər verir. Demək  olar ki, “bir millət-iki dövlət”in bir silahlı qüvvələri formalaşmaqdadır. Bu silahlı qüvvələr gələcəkdə digər türk dövlətlərinin də silahlı qüvvələrinin birləşməsində, birgə təlimlərinin keçirilməsində və hər biri ilə qarşılıqlı sazişlərin imzalanmasında özünün növbəti rolunu oynayacaq. Bu, qaçılmazdır. Proseslərin gedişi buna doğru aparır".

Akif Nağı da namizədliyini verəcək

Akif Nağı: “Turan Ordusu vahid orduda birləşmək deyil, ona ehtiyac da yoxdur, bu, təxminən NATO sisteminə oxşar bir qurum olacaq”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Azərbaycanla Türkiyə bütün sahələrdə, o cümlədən hərbi müstəvidə tam yaxınlaşır. Turan Ordusu da gündəmdədir, hərtərəfli iş aparılır. İki qardaş ölkə arasında davamlı təlimlərin keçirilməsi vahid ordu sisteminin yaradılmasına xidmət edir: “Turan Ordusu vahid orduda birləşmək deyil, ona ehtiyac da yoxdur. Bu, təxminən NATO sisteminə oxşar bir qurum olacaq. Hər ölkənin öz silahlı qüvvələri var, gərəkli anda bu orduların müxtəlif qolları birlikdə hərəkətə keçir. Birlikdə fəaliyyət, hərbi əməliyyatlarda iştirak üçün isə qoşun bölmələrinin xarakter və xüsusiyyətlərinin bir-birinə yaxınlaşdırılması vacibdir. Müasir müharibələrdə rabitə sistemləri həlledici rol oynayır. Nəzərdə tutulan növbəti təlimlər rabitə sistemlərinin uzlaşdırılmasına, effektiv əlaqələrin qurulmasına yönəlib. Düşmənlərimiz məkrli niyyətlərindən əl çəkməyiblər, ona görə də hadisələrin istənilən inkişafına hazır olmalıyıq. Türkiyə ordusu dünyanın ən hazırlıqlı hərbi güclərindəndir, onlardan çox şeyi öyrənməliyik. Dövlət başçısı təsadüfən deməyib ki, biz Türkiyə ordusunun Azərbaycan modelini qururuq. Bu təlimlər də həmin prosesə xidmət edir. Hiss olunur ki, digər dost və qardaş ölkələr də artıq bu prosesə qoşulublar. Hər kəs də bilməlidir ki, biz Ordumuzu kiməsə qarşı deyil, haqq işimizi müdafiə etmək üçün gücləndiririk”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.