banner
banner

Gündəm

Hacıbala Abutalıbov danışdı: “Mənim həbs olunmağını istəyənlər...”

Hacıbala Abutalıbov danışdı:

Uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və 2018-2019-cu illərdə Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbov həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

CİA.AZ demokrat.az-a istinadən bildirir ki, Hacıbala Abutalıbovun sözlərinə görə, onun saxlanması ilə əlaqədar yayılan xəbərlər yalandır:

"Bəzi jurnalistlər özündən uydurur bunu. Gördüyünüz kimi, indi sizinlə danışıramsa, deməli, həbs olunmamışam. Mənim həbs olunmağını istəyənlər ürəyi bəd olan insanlardır".

Qeyd edək ki, Qənimət Zahid "Azərbaycan saatı" verilişində Hacıbala Abutalıbovun həbs edilməsi ilə bağlı məlumat yayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.