banner
banner

Hərbİ

Müdafiə naziri Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb

Müdafiə naziri Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb

Aprelin 9-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz üçün faydalı olduğu vurğulanıb.
Səfirlə əvvəlki görüşlərini xatırlayan Müdafiə naziri ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə diplomata təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir görüşə görə minnətdarlığını ifadə edərək ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.