banner
banner

Sosİal

İnfeksionist: "İftar süfrəsində toplaşmalar kütləvi yoluxmaya səbəb ola bilər"

İnfeksionist:

“Dünya ölkələrində olduğu kimi Azərbaycan da COVID-19 pandemiyası ilə mübarizə tədbirlərini davam etdirir”.

Bunu APA-ya həkim infeksionist Turan İbrahimova deyib. O bildirib ki, son günlərdə koronavirusa yoluxma sayında artım müşahidə olunur: “Artıq bu, bizim üçün yeni bir şey deyil. Biz dəfələrlə bu halı müşahidə etmişik.

İnsanlarımız bir-birinə dəstək olaraq bu vəziyyətdən çıxa bilər. Qarşıdan Ramazan ayı gəlir, bayramdır, xalq olaraq böyüklərimizi ziyarət etməyi çox sevirik. İftar süfrələrində bir araya toplaşmağı, bir-birimizə qonaq getməyi çox sevən millətik.

Amma nəzərə almaq lazımdır ki, COVID-ə yoluxma sayı getdikcə artır. Bizim bir araya toplaşmağımız xəstəliyə yoluxma sayını daha da artıra bilər. İnsanların bayramlaşmaq üçün telefonla əlaqə saxlaması bir-birinin evində iftar süfrəsində toplaşmaqdan daha yaxşı olar. Çünki kimdə koronavirusun olub-olmadığını təxmin edə bilmirik”.

Həkim qeyd edib ki, bəzi insanlar xəstəliyi assimptomatik keçirirlər: “Onlar özləri belə COVID daşıyıcısı olduqlarının fərqində olmurlar.

Həmin şəxslər bir araya gəlməsi, qohumların toplaşması bir nəsildə kütləvi yoluxmaya səbəb ola bilər. Bu baxımdan insanlardan diqqətli olmalarını xahiş edirik.

İnsanlar nə qədər çox bir yerə toplaşarsa, iftar süfrəsi olarsa, yoluxma riski artar. Belə olsa, yoluxma sayında artımı görəcəyik.

Buna görə də hər kəsin evində olmasını xahiş edirəm. İnşallah, bu mübarizədən də qalib çıxacağıq. Bir az səbrli olmaq lazımdır”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.