Məğrur duruşlu Topçu Vüsal: "Həmin atışlarda 250-300 erməni qırıldı" VİDEO
Top atəşini yerinə yetirdikdən sonra məğrur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi. Hamı onu "Topçu Vüsal" kimi tanıdı. İndi həmin Vüsal Xaçmaza - ailəsinin yanına gəlib. "XəzərXəbər" Vüsalla görüşüb.
44 günlük Vətən müharibəsi zamanı qürurlu duruşu ilə məğrurluq simvoluna çevrildi.
Hərəkətləri ilə bir anda tanındı və hamının yaddaşında Topçu Vüsal kimi qaldı.. Əsgər, Xaçmaz sakini Vüsal Şahkərimov hərbi xidmətdən məzuniyyətə buraxılıb.
Vüsal kadrlara düşdüyü o anda hansı hissləri yaşayırdı? Xidmətini hansı duyğularla yerinə yetirirdi?
Vüsalın da iştirak etdiyi top atışlarında düşmənin xeyli canlı qüvvəsi məhv edilib. Onlara xəbər çatanda isə əhval-ruhiyyələri lap yüksək olub.
Vüsal məzuniyyətə buraxılanda da onun təmtəraqla qarşılanmasını istəməyib. Ona görə də evə gələndə valideynlərinin də xəbəri olmayıb.
Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı əslən Xaçmaz rayonundan olan Vüsal Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra məğrur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddətdə sosial şəbəkələrin və medianın gündəminə çevrildi.
Vusal Şahkərimov "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.